Sürət həddini aşaraq qəzada ölənlərin qəbiristanlığı VİDEO

24.09.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Braziliyada yol-nəqliyyat hadisələrinin acı nəticələrinə diqqət çəkmək üçün maraqlı və eyni zamanda təsirli bir aksiya keçirilib.

Avtosfer.az xəbər verir ki, ölkədəki qəbiristanlıqlarından birində qəza zamanı həyatını itirən şəxslərin məzarlarında başdaşlarının yerinə sürücülərin qəza zamanı hərəkət etdiyi sürəti göstərən lövhələr qoyulub. Bu lövhələrin üzərində isə "Onlar bu sürətdə getdilər və geri dönmədilər" kimi xəbərdaredici sözlər yazılıb.

Aksiyanın əsas məqsədi sürücülərə yüksək sürətin fəsadlarını əyani şəkildə göstərmək və onları məsuliyyətli olmağa çağırmaqdır. Sosial şəbəkələrdə geniş yayılan görüntülər izləyicilər arasında böyük təsir yaradıb. İnsanlar bu təşəbbüsün təhlükəsizlik baxımından mühüm addım olduğunu və Azərbaycanda da tətbiq olunmasının faydalı ola biləcəyini qeyd ediblər.

Mütəxəssislərin sözlərinə görə, belə vizual mesajlar sürücülərin davranışına ciddi təsir göstərir və onların sükan arxasında daha diqqətli olmasına səbəb olur. Bu səbəbdən də Braziliyadakı aksiya yol təhlükəsizliyi sahəsində maarifləndirici nümunə kimi dəyərləndirilir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью