Sürət həddini aşmayan sürücü 60 lıq yolda 100 lə radara düşdü VİDEO

11.06.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda qaydaları pozmayan sürücü radara düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Sulutəpə dairəsi yaxınlığında baş verib.

Belə ki, 77-SM-365 dövlət qeydiyyat nişanlı "Lixiang" markalı avtomobilin sürücüsü sürət həddinin 60 km/saat olduğu yolda 61 km/saat sürətlə hərəkət edərkən e-patrul vasitəsilə barəsində elektron qərar tərtib edilib. Qərarda sürücünün 100 km/saat sürətlə hərəkət etdiyi qeyd olunub.

Lakin avtomobildə quraşdırılmış videoregistratorun GPS məlumatları sürücünün həmin vaxt cəmi 61 km/saat sürətlə hərəkət etdiyini açıq şəkildə göstərir.

Sürücü heç bir qayda pozuntusuna yol vermədiyini bildirərək, onun barəsində tərtib edilmiş cərimənin ləğv olunmasını xahiş edir.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью