Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı son günlər ardıcıl şəkildə rəsmi siyahılardan silinir.
O, artıq Təhlükəsizlik Şurasının üzvləri arasında yoxdur, Prezidentin saytındakı bioqrafiyası çıxarılıb.
Həmçinin Yeni Azərbaycan Partiyasından (YAP) uzaqlaşdırılacağı, titullarının əlindən alınacağı barədə məlumatlar yayılır.
Azərbaycanda bundan əvvəl də nüfuzlu şəxslərin, sənət adamlarının dövlət mükafatlarından məhrum edildiyi hallar olub.
Məsələn, yazıçı Əkrəm Əylisli bu aqibətlə üzləşən şəxslərdəndir.
Onun “Daş Yuxular” romanı ictimai qınaq doğurdu, nəticədə Prezident tərəfindən verilən bütün mükafat və təltiflər ondan alındı.
Daha kimlər titullardan məhrum edilib? Globalinfo.az titulları geri alınan şəxslərin siyahısını təqdim edir: Sabiq baş nazir Surət Hüseynov