Sürət yarışı keçirən sürücülər saxlanıldı FOTO

28.02.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, idarə etdikləri "VAZ" və “BMW” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Ülvi Səmidxanov, Farid Quliyev və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a bildirilib ki, sürücülər barəsində toplanmış materiallar qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı F.Quliyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib, Ü.Səmidxanov isə cərimə olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью