Sürəti aşan “BMW” sürücüsü keçiddən keçən qadınlara qorxulu anlar yaşatdı ANBAAN VİDEO

26.01.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsində kobud qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 23-də saat 15:50 radələrində qeydə alınıb. Görüntülərdə 77-MM-002 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsünün piyada keçidindən istifadə edən şəxslərə məhəl qoymadan hərəkətini davam etdirdiyi əks olunub. Bundan əlavə, sürücünün sürət həddini aşaraq keçidə yaxınlaşdığı da kadrlarda aydın görünür.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən sürücülər piyada keçidinə yaxınlaşarkən sürəti azaltmalı və piyadalara yol verməlidirlər. Bu tələblərə əməl olunmaması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola, həm piyadaların, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükə altına qoya bilər.

Nərmin

Oxunub 88

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью