Sürətlə gələn sürücü keçiddə qəza törətdi Qadın səkiyə çırpıldı VİDEO

22.01.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda baş verən yol nəqliyyat hadisəsinin videosu anbaan kameraya düşüb. Avtosfer.az-ın əldə etdiyi videoda aydın şəkildə görünür ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü piyadaya yol vermək məqsədilə keçiddə dayanıb. Bu zaman sürətlə gələn "Subaru" markalı avtomobilin sürücüsü dayanmış avtomobili vuraraq qəzaya səbəb olub. Zərbənin təsirindən qadın yıxılaraq səkiyə çırpılıb.

Qeyd edək ki, hadisə paytaxtın Gülarə Qədirbəyova küçəsində baş verib.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью