Sürətlə yayılan dabaq xəstəliyi süd məhsulları bazarına da təsir edib? | Icma.az
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. Heyvanlar arasında dabaq xəstəliyi yayılması ilə bağlı məlumatlar süd və süd məhsul
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəllər mütəmadi süd məhsulları alanlar indi ehtiyat etdiklərini deyirlər.
Satıcılar isə satışda problem olmadığını, süd və süd məhsulları satışının davam etdiyini bildirirlər.
Satıcıların sözlərinə görə, xəstəliklə bağlı insanlar arasında qorxu olsa da, bu, məhsulların keyfiyyətsiz olması demək deyil.
Onlar əksəriyyəti satdıqları məhsulların yoxlamadan keçirildiyini desələr də, bunu təsdiq edən heç bir sənədi təqdim edə bilməyiblər.
Həkimlər isə bu xəstəliklə bağlı insanları diqqətli olmağa səsləyirlər. Çünki xəstəliyə yoluxma tez baş verir və ciddi fəsadlara səbəb olur.
Bəs bazarlara daxil olan məhsullara Qida Təhlükəsizliyi Agentliyi tərəfindən necə nəzarət edilir?
AQTA-dan bildirilib ki, ilin əvvəlində təsdiq olunmuş planlı yoxlamalar, eyni zamanda, daxil olan şikayətlər və mediada yayılan məlumatlar əsasında bazar və digər satış şəbəkələri də daxil olmaqla qida zənciri boyu yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Tam oxu
Xəbəri oxu