“Sürətli və qəzəbli”nin yeni filmi çəkiləcək

30.06.2025

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyanın ən sevilən film seriyalarından olan “Sürətli və qəzəbli” (“Fast & Furious”) seriyasının yeni filminin çəkilişlərinə başlanılıb.


Kulis.az xəbər verir ki, seriyanın baş rol ifaçısı və prodüseri Vin Dizel ötən həftəsonu Kaliforniyanın Pomona şəhərində keçirilən avtohəvəskarlar üçün “Fuel Fest” tədbirində verdiyi açıqlamalarla pərəstişkarlarını sevindirdi: “Adrenalinsevərlərin həyəcanla izlədiyi “Sürətli və qəzəbli” seriyası on birinci və sonuncu film ilə kino dünyasına möhtəşəm bir vida etməyə hazırlaşır”.


Dizel səhnəyə Tires Gibson və mərhum aktyor Pol Volkerin qardaşı Kodi Volkerlə birlikdə çıxaraq 11-ci filmin nümayişinin 2027-ci ilin aprel ayında planlaşdırıldığını rəsmən elan edib.


Qeyd edək ki, seriyanın sonuncu filmi 2023-cü ildə nümayişə girmiş və dünya üzrə 700 milyon dollar gəlir əldə etmişdi.

O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı Avropanın paytaxtı niyə Amerikadır? - İran, İsrail, anamın laylası və bir neçə not Görkəmli rəssam Tamilla Məmmədova vəfat edib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью