Sürətli yolda həyatını təhlükəyə atdı Video

06.07.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakıda piyadaların həyatlarını təhlükəyə ataraq sürətli avtomobil yollarına çıxmasına tez-tez rast gəlinir.

“Qafqazinfo” xəbər verir ki, belə hadisələrdən biri Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində baş verib.

Gənc oğlan dəmir məhəccərləri aşaraq avtomobillərin sürətlə hərəkət etdiyi yola özünü atıb. Onu vurmamağa çalışan sürücülər sürəti azaldaraq qəza şəraiti yaradıblar.

Hadisəyə dair görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью