Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 22-də, Göygöl-Bakı yolunda qeydə alınıb.
Belə ki, 20-BP-909 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü birtərəfli yolun əksi istiqamətinə çıxaraq axına qarşı hərəkət edib. Bu an görüntünü qeydə alan sürücü təhlükəni minimuma endirmək üçün onun qarşısını kəsməyə çalışıb. Lakin qaydaları pozan sürücü buna məhəl qoymayaraq hərəkətinə davam edib və qarşıdan gələn avtomobillərin üzərinə sürüb.
Fərid