Sürəyya Ağaoğlu Türkiyənin ilk azərbaycanlı qadın hüquq vəkili anıldı FOTOLAR | Icma.az
Bakivaxti saytına istinadən Icma.az xəbər verir. İstanbul Türk Ocağının konfrans salonunda Türkiyənin ilk qadın hüquq vəkili, uşaq hüquqları
Bakıvaxtı.azxəbər verir ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycan Türk Ocağı İctimai Birliyinin təş
O, Sürəyya Ağaoğlunun yetişdiyi ailə və ictimai mühitdən söhbət açıb.
C.Bayram ötən əsrin əvvəlində Türkiyəyə mühacirət edən Əhməd bəy Ağaoğlunun milliyyətçi dərnək və quruluşların yaradılmasında, Türkiyənin ictimai-siyasi fikir tarixində önəmli rolundan bəhs edib.
Eyni zamanda S.Ağaoğlunun gələcək fəaliyyətində ailə və ictimai mühitin təsirlərindən danışıb, bugünkü gənclərin S.Ağaoğlunun mübariz obrazından öyrənməli olduğunu deyib.
C.Bayram qeyd edib ki, kimsəsiz, küçələrdə valideyn qayğılarından məhrum olan uşaqların təlim-tərbiyəyə cəlb olunması, topluma faydalı fərdlərə çevrilməsi kimi məsələlər hələ 1927-ci ildən Türk Ocaqlarının diqqət mərkəzində olub, bu sahədə proqramların qəbulunun vacibliyini vurğulayıblar.
Türk Ocağının nəzərdə tutduğu bu ideyanı S.Ağaoğlunun yerinə yetirildiyini qeyd edən C.Bayram belə şəxsiyyətlərin həyatının gənclərə örnək olduğunu deyib.Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı bildirib ki, Türkiyə və Azərbaycanın ortaqlaşan tarixində S.Ağaoğlunun parlaq şəxsiyyəti aktuallığını həmişə qoruyub saxlayır.
Türkiyədə 1921-ci ildə qızların hüquq təhsili almasına ilk çığır açan, 1928-ci ildə ilk dəfə hüquq vəkili kimi rəsmi qeydiyyatdan keçən, dünyanın 70-dən çox ölkəsinə səyahət edən, həmin dövlətlərin bir çoxunda qanunvericilik aktlarının təkminləşdirilməsində, uşaq və qadın hüquqlarının qorunmasında təklif və rəylərini bildirən S.Ağaoğlunun fəaliyyəti çoxşaxəlidir.
Tam oxu
Xəbəri oxu