Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək

16.09.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, sentyabrın 19-da Bakıda, Veloparkın qarşısında, Şıx çimərliyi ərazisində keçiriləcək çempionatda müxtəlif balıqçılıq klublarını təmsil edən 30-dan çox iştirakçı mübarizə aparacaq.

Yarış surfkastinq üzrə beynəlxalq qaydalara uyğun təşkil olunacaq. Tutulan balıqlar müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək və ən yüksək nəticə göstərən iştirakçılar müəyyənləşəcək.

Qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılacaqlar.

Türkiyə yelkənçiləri Bakıya gəlib Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək Paraüzgüçülərimiz Avropa çempionatının finalında Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью