Sürix Şanxay təyyarəsi Bakıya məcburi eniş edib

19.10.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sərnişinin səhhətində yaranan problemə görə Sürix-Şanxay reysini yerinə yetirən təyyarə Bakıya məcburi eniş edib.

Bu barədə Milli.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-da "SWISS" aviaşirkətinin Sürix-Şanxay marşrutu üzrə SWR-188 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib:

"Buna səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub. "Airbus A350-900" tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib. Hava limanında sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib".

"Reysin davam etdirilməsi hava gəmisinin kapitanının qərarına əsasən həyata keçiriləcək", - deyə məlumatda qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью