Suriya 14 ildən sonra Aralıq dənizi İttifaqına qayıtdı

01.12.2025

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Suriya 14 illik fasilədən sonra İspaniyanın Barselona şəhərində keçirilən Aralıq dənizi İttifaqının 10-cu Regional Forumunda iştirak edib.

Turkustan.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi yazılı açıqlamada, Suriyanın 14 illik fasilədən sonra yenidən qurulan tamhüquqlu üzvlüyü ilə forum çərçivəsində nazirlər toplantısına qatıldığını bildirib.
Nazirlik Aralıq dənizi İttifaqında iştirakdan məmnunluğunu ifadə edərək, bunu Suriyanın regional dialoqdakı rolunu bərpa etmək və regionda hərtərəfli əməkdaşlığı gücləndirmək üçün bir fürsət kimi qiymətləndirib.
Əsəd rejimi Avropanın Suriyaya qarşı sanksiyalarına cavab olaraq 2011-ci ildə Aralıq dənizi İttifaqına üzvlüyünü dayandırmışdı.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью