Suriya BMTni birtərəfli sanksiyaları ləğv etməyə çağırıb

09.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Suriya BMT-ni təcili olaraq birtərəfli sanksiyaları ləğv etməyə və humanitar ehtiyacları ödəmək üçün lazımi maliyyə ayırmağa çağırıb.

APA xəbər verir ki, Bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəsi Qusay əd-Dahak Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Suriya həmçinin BMT-yə üzv dövlətləri Suriya xalqının iradəsinə və onların milli seçiminə hörmət etməyə, dövlət institutlarını və onların təhlükəsizliyini, sabitliyin bərpasını və cəmiyyətin inkişafı üçün səyləri dəstəkləməyə çağırır”, - Qusay əd-Dahak qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью