Suriya böhranı Almaniyaya sıçradı: Düsseldorfda qarşıdurma VİDEO | Icma.az
Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Yaxın Şərqdəki qarşıdurmalar Avropaya keçib.
Almaniyanın Düsseldorf şəhərində Dürzi icmasının tərəfdarları ilə Suriya rejimini dəstəkləyən qruplar arasında toqquşma baş verib.
Daş və butulkaların atıldığı insidentdə 5-i polis olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şəhərin Konrad-Adenauer-Platz meydanında başlayan etiraz aksiyaları zamanı tərəflər arasında gərginlik yaranıb.
Sözlü mübahisələr qısa müddətdə fiziki qarşıdurmaya çevrilib.
Polis insidentin qarşısını almaq üçün əraziyə çoxsaylı əməkdaş göndərib və genişmiqyaslı təhlükəsizlik əməliyyatı başladılıb.
Düsseldorf polisi hadisə zamanı daş və şüşələrin atıldığını, bir neçə əməkdaşın yaralandığını açıqlayıb.
Qarşıdurmada iştirak edən Suriya rejimi tərəfdarları Türkiyə, Fələstin və Suriya bayraqları, Dürzi tərəfdarları isə Dürzi, İsrail və SDQ (Suriya Demokratik Qüvvələri) bayraqları ilə çıxış ediblər.
Tam oxu
Xəbəri oxu