Icma.az bildirir, Moderator.az portalına istinadən. “Qanlı savaşın yenidən başladığı Suriyada vəziyyətin kritik həddə çatdığı müşahidə olunm
Suriya Milli Ordusu (SMO) "Azadlıq Şəfəqi" əməliyyatına başlayıb.
Əsəd rejiminə qarşı olan müxalif qüvvələr Hələb qalası da daxil olmaqla, bir çox strateji məntəqələrdə “Azad Suriya Ordusu”nun bayrağını ucaldıblar” Bunu Moderator.az-a Suriyada gedən əməliyyatları təhlil edən politoloq Yusif Bağırzadə deyib.
Politoloq xatırladıb ki, "Heyət Təhrir əş-Şam" Əsəd rejiminə qarşı başlatdığı hücumları davam etdirir.
Hələb şəhərində prezidentin iqamətgahı ələ keçirilib: “Aydındır ki, bir sıra güclər Rusiya və İranın indiki durumundan istifadə edərək Suriyada vəziyyəti öz xeyirlərinə dəyişmək üçün hərəkətə keçiblər.
Məsələ burasındadır ki, Rusiyanın başı öz müharibəsinə - Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”a qarışdığı üçün Suriyaya lazımi diqqət yetirə bilmir.
Bu gün Moskvanın özünə xarici hərbi yardım lazımdır və bu məqsədlə Şimali Koreya ordusunun hərbi birləşmələrindən istifadə edir.
İran isə bu il Suriyada ağır zərbələrə məruz qalıb, Dəməşqdə konsulluğu vurulub, diplomatları və generalları öldürülüb.