Suriya da Məkkə İttifaqına qoşula bilər Şeybanidən mesaj

18.11.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər ​​Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani və Suriya müdafiə naziri general-mayor Murhef Əbu Kasra ilə görüşüblər.

525.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Görüşdən sonra Hakan Fidan bildirib ki, Dəməşqdə Türkiyə-Suriya Universitetinin yaradılması barədə razılığa gəlinib.

“İsrail artıq qonşularına zərər verməklə öz təhlükəsizliyini təmin edə bilməyəcəyini anlamalı və bu siyasətdən imtina etməlidir. Məkkə İttifaqına maraq, sülh yönümlü səylərimizin bölgədə yarada biləcəyi müsbət təsirin açıq göstəricisidir”, - deyə H.Fidan bildirib.

Suriyanın xarici işlər naziri Həsən Şeybani də ölkəsinin Məkkə İttifaqına qoşula biləcəyi mesajını verib:

“Suriyanın sabitliyi Yaxın Şərqin sabitliyinin təməl daşıdır. Türkiyə bu strukturun qurulmasında əvəzolunmaz tərəfdaşdır”.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью