Icma.az, Bizimyol saytına istinadən bildirir.
Suriya təhlükəsizlik qüvvələri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya ilə birlikdə Dəməşq ətrafında keçirilən antiterror əməliyyatları zamanı İŞİD-in yüksək səviyyəli komandirlərindən birini zərərsizləşdirib, digər bir döyüşçünü isə həbs edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bizimyol.info xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, əməliyyat “hədəfli təhlükəsizlik tədbiri” çərçivəsində keçirilib. Nazirlik bildirib ki, zərərsizləşdirilən Məhəmməd Şəhədə (Əbu Ömər Şəddad) Suriyada İŞİD-in tanınmış liderlərindən biridir.
Açıqlamada qeyd olunur ki, bu əməliyyat milli təhlükəsizlik orqanları ilə beynəlxalq tərəfdaşlar arasında koordinasiyanın effektivliyini göstərir.
Daha sonra nazirlik paytaxt yaxınlığında İŞİD-lə əlaqəli terror qurupunun liderinin də həbs olunduğunu bildirib. Əməliyyat zamanı silah və sursatlar götürülüb.
Qadir, Bizimyol.info