“Suriya Əfqanıstan kimi olmayacaq” Colani

19.12.2024

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Colani ölkəsinin artıq dünya üçün təhlükə yaratmadığını, sanksiyaların götürülməli olduğunu və yeni konstitusiya yazılacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə BBC-yə müsahibəsi zamanı danışıb.
Colani, həmçinin hazırkı Suriyanın Əfqanıstanla müqayisə edilməsinə qarşı çıxıb və qadınların təhsil almasının tərəfdarı olduğunu deyib.
“Suriya Əfqanıstan kimi olmayacaq. Əfqanıstanda qəbilə quruluşu hökm sürür, lakin Suriyanın fərqli mentaliteti var. Səkkiz ildən çoxdur ki, İdlibdə universitetlərimiz var və düşünürəm ki, bu universitetlərdə qadınların nisbəti 60 faizdən çoxdur”, - deyə Colani bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью