Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Suriya dünyada ən çox itkin düşmüş şəxslərin olduğu ölkələrdən biri olaraq qalır. Bunu BMT Baş katibinin müavini və BMT Baş Assambleyası tərəfindən yaradılan Suriyada İtkin Düşmüş Şəxslər üzrə Müstəqil İnstitutun (IIMP) rəhbəri Karla Kintana bildirib.
Məlumatı “Anadolu” verib.
Nyu-Yorkda BMT-nin qərargahında keçirilən mətbuat konfransında çıxış edən Kintana Suriyada itkin düşmüş insanların axtarışı ilə bağlı işlərdən danışıb. Onun sözlərinə görə, vətəndaş müharibəsi nəticəsində viran qalmış şəhərlərin bərpası ilə yanaşı, ən çətin vəzifələrdən biri yüz minlərlə itkin düşmüş insanın taleyini müəyyən etməkdir: “Bəlkə də ən dərin problemlərdən biri Suriyada yüz minlərlə itkin düşmüş insanın taleyinə aydınlıq gətirməkdir”.
Kintana bildirib ki, itkin düşmüş suriyalıların axtarışı 50 ildən çox davam edən işgəncə, özbaşına həbs və məcburi itkin düşmələrdən sonra ölkənin üzləşdiyi ən təcili problemlərdən biri olaraq qalır: “Hər bir suriyalının itkin düşmüş bir qohumu var və Suriyadakı hər bir ailə itkin düşmüş birini tanıyır”.
Onun sözlərinə görə, iş təkcə Suriyada deyil, həm də Türkiyə, Livan, İordaniya, Almaniya və digər ölkələrdəki Suriya diasporu ilə əməkdaşlıq çərçivəsində aparılır. Bu günə qədər təşkilat 70 mindən çox sənədi emal edib.
P.ƏMİRCANOV
XQ