Suriya hakimiyyəti fotoda qadın nazirin üzünü gizlətdi

05.01.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Suriyanın yeni hakimiyyət orqanlarının Dəməşq görüşündən sonra dərc etdiyi fotoda Almaniyanın xarici işlər naziri Annalena Berbokun üzü bulanıqlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, Almaniyanın “N-tv” telekanalı buna diqqət çəkib.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ötən gün Dəməşqdə Suriyanın lideri Əhməd əl-Şara ilə görüşüb. Görüş zamanı Əhməd əl-Şara qadın nazirin əlini sıxmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью