Suriya həbsxanasında 7 ay: Qapı açılanda bizi güllələyəcəklərini düşündük | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. Suriyada BAAS rejiminin Sednaya həbsxanası ilə yanaşı, onlarla başqa mərkəzdə minlərl
Bu mərkəzlərdən biri Mezze bölgəsindəki hərbi hava limanında yerləşən və gizli saxlanıldığı üçün "431" kodu ilə tanınan həbsxanadır.
Bu həbsxanada məhbuslar ad-soyadları əvəzinə nömrələrlə qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, "614" kodu ilə 7 ay orada saxlanılan Mahmud Abdülbaki Məhəmməd "Hürriyət"in əməkdaşı ilə həbsxananı gəzib və göz yaşları içində ordakı vəhşilikləri təsvir edib.
Rejimin burada mühüm müxalifləri saxladığı bildirilir. Həbsxanada qadın və kişi məhbuslar üçün ayrılmış iki bölmə olub.
Tək nəfərlik kameralarda 3-4, 20 nəfərlik koğuşlarda isə 60 nəfərin saxlandığı bu həbsxanada məhbuslar üst-üstə yerdə sərilmiş yorğanlarda yatırıblar.
Dəmir qapılar və barmaqlıqlarla əhatələnən hücrələr əsir düşərgələrindən daha dəhşətli görünür.
Mahir Əsədin işgəncə mərkəzi Bəşər Əsədin qardaşı Mahir Əsədin rəhbərlik etdiyi 4-cü bölməyə aid olan bu həbsxanada 700 siyasi və müxalif məhbus saxlanılıb.
Tam oxu
Xəbəri oxu