Suriya heyətini daşıyan gəmi batdı

13.10.2026

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriya heyətini daşıyan “HS DIGNITY” gəmisi Bolqarıstan sahilləri yaxınlığında Qara dənizdə pilotsuz aparatların hücumuna məruz qaldıqdan sonra batıb.

Turkustan.az xəbər verir ki, Suriya Dənizçiləri Birliyinin açıqlamasına görə, gəmiyə bir pilotsuz təyyarə və iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Bəyanatda bildirilir ki, hadisə zamanı gəmidə 14-ü Suriya vətəndaşı olmaqla, ümumilikdə 16 nəfərlik heyət olub.

Hücumdan sonra başladılan axtarış-xilasetmə əməliyyatı nəticəsində indiyədək beş heyət üzvü xilas edilib. İtkin düşən dənizçilərin axtarışı altı qayıq və iki helikopterin iştirakı ilə fasiləsiz davam etdirilir.

Aytən Yaşar/Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью