Suriya hökumət təyyarəsi Dəməşqdən havaya qalxıb

07.12.2024

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriya hökumət təyyarəsi Dəməşq hava limanından havaya qalxıb.

SİA xəbər verir ki, bunu Flightradar 24 xidmətinin məlumatları göstərir.

Təyyarə hazırda İraqın hava məkanındadır. Bundan əvvəl Suriya prezidenti Bəşər Əsədin ofisi əmin edib ki, Suriya lideri bu ölkənin paytaxtındadır.

Bundan əvvəl Suriyanın Homs şəhərində nizami ordu ilə silahlı müxalifət arasında döyüşlərin başladığı məlum olub. Əl-Ərəbiyyə telekanalının qeyd etdiyi kimi, hökumət qüvvələrinin Homs şəhərini itirməsi yaraqlıların Dəməşqə gedən yolunu açacaq.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью