Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır

02.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 fevral, AZƏRTAC

Suriya yaxın 1 il ərzində ölkədəki 2 əsir düşərgəsini bağlamağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə hökumətdəki mənbələr məlumat verib. BMT-nin hesablamasına görə bu düşərgələrdə saxlanan 28 min nəfərin 8500-ü əcnəbidir. Onların arasında Avropa vətəndaşları da çoxdur.

ABŞ ordusu isə düşərgələrdəki ən təhlükəli 500 nəfərin İraqa göndəriləcəyini bildirib. Bu əsirlərin arasında iraqlılarla yanaşı, 5 Avropa ölkəsinin vətəndaşları da yer alırlar. Artıq İraq Ali Məhkəməsi ekstradisiya olacaq şəxslərlə bağlı hüquqi prosedurlara başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью