Suriya hökuməti Hasekəyə daxil olub FOTO

02.02.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Suriyada hökumət qüvvələri Suriya Demokratik Qüvvələri tərəfindən idarə olunan Hasekə şəhərinə daxil olub.

Moderator.az xəbər verir ki, bu barədə orada olan AFP müxbirləri məlumat yayıb.

Onlar hökumət qüvvələrinə məxsus konvoyun SDQ nəzarətində olan buraxılış məntəqəsindən keçdiyini görüblər.

Qeyd edək ki, ötən həftə Suriya hökuməti və SDQ arasında əldə olunan razılaşmaya əsasən, SDQ qüvvələrinin Suriya ordusuna inteqrasiya prosesi təsdiqlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью