Suriya hökuməti Hələbə əlavə qüvvələr göndərib

12.01.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Suriya ordusu özünü "Suriya Demokratik Qüvvələri" (SDQ) adlandıran YPG və PYD terrorçu dəstələrinin fəaliyyətini genişləndirməsinə cavab olaraq Hələbin şərq rayonlarına əlavə qüvvələr göndərib.

Bu barədə SANA məlumat yayıb.

Qeyd olunur ki, qərar yeni silahlı birləşmələrin gəlməsindən sonra qəbul edilib. Bundan əlavə, Hələbin şərq rayonunda, Maskana və Deyr-Hafer yaxınlığında, devrilmiş rejimin silahlı tərəfdarları "SDQ" qüvvələri ilə birgə fəaliyyət göstərirlər.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью