Suriya hökuməti ilə kürd silahlıları arasında atəşkəs daha 15 gün uzadılıb

25.01.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriya hökuməti ilə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri arasında əldə olunmuş atəşkəs razılaşması 15 gün daha uzadılıb.

APA xəbər verir ki, bu barədə Al Hadath məlumat yayıb.

Məlumata görə, bu qərar xüsusilə Suriyanın şimal-şərq ərazilərində olan İŞİD məhbuslarının ABŞ-ın dəstəyi ilə İraqa köçürülməsinə şərait yaradılması məqsədi ilə qəbul olunub.

Uzadılmış atəşkəsə baxmayaraq, hökumət və Suriya Demokratik Qüvvələri arasında qarşıdurma təhlükəsi hələ də mövcuddur. Suriya ordusunun şərqə və Hələb bölgəsinə hərbi qüvvə və əlavə dəstək göndərdiyi, Suriya Demokratik Qüvvələri isə hələ də müqaviləyə sadiq olduğunu bəyan etdiyi bildirilir. Bu hərbi gücləndirmə atəşkəsin kövrək olduğunu göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью