Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Suriya hökuməti ilə YPG arasında əldə edilən dörd günlük müvəqqəti atəşkəs başa çatdı.
Turkustan.az xəbər verir ki, Suriya hökuməti atəşkəsin uzadılıb-uzadılmadığı ilə bağlı hələlik açıqlama verməyib. Digər tərəfdən cəbhə xəttində yerləşən Ayn əl-Ərəb və Haseke bölgələrində sakitlik hökm sürsə də, gərgin gözləmə davam edir.
Suriya ordusunun 16 yanvarda Fərat çayının qərbindəki ərazilərdə YPG terror təşkilatına qarşı başlatdığı əməliyyat daha sonra qəbilələrin iştirakı ilə çayın şərqinə doğru genişləndi və təşkilatın işğal etdiyi ərazilərin böyük bir hissəsi Suriya hökumətinin nəzarəti altına keçdi.
Dəməşq hökuməti ilə YPG arasında 18 yanvarda əldə edilən atəşkəs və tam inteqrasiya müqaviləsində təşkilatın Fərat çayının şərqindəki Rakka və Deyr əz-Zor əyalətlərindən tamamilə çıxarılması, Hasekedəki dövlət qurumlarının dövlətə verilməsi, bütün sərhəd keçid məntəqələrinin və enerji ehtiyatlarının mərkəzi hakimiyyət tərəfindən nəzarətə alınması və YPG elementlərinin təhlükəsizlik qüvvələrinə fərdi inteqrasiyası kimi müddəalar yer alır.
Aytən Yaşar/ Turkustan.az