Suriya hökuməti istefa verməyə hazır olduğunu bildirib

09.12.2024

Icma.az, Anews portalına istinadən məlumat verir.

Prezident Bəşər Əsədə tabe olan Suriya hökuməti istefa verməyə hazırdır.Bunu ölkənin baş naziri Məhəmməd Qazi Əl-Cəlali "Al Arabiya” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda müxalifətlə danışıqlar davam edir:

"Bizdən tələb olunan kimi səlahiyyətlərimizi ötürməyə hazırıq”.

Suriyada müxalifətin lideri, "Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınan Əhməd əl-Şara deyib ki, baş nazir Məhəmməd Qazi əl-Cəlalinin rəhbərlik etdiyi hökumət keçid dövründə Suriyanın xeyrinə olacaq: "Əl-Cəlali hökuməti keçid dövründə bizə fayda verəcək”.


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью