Suriya hökuməti istefa verməyə hazırdır

09.12.2024

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

“Prezident Bəşər Əsədə tabe olan Suriya hökuməti istefa verməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda müxalifətlə danışıqlar davam edir: “Bizdən tələb olunan kimi səlahiyyətlərimizi ötürməyə hazırıq”.

Bundan başqa, Suriyada müxalifətin lideri, “Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınan Əhməd əl-Şara deyib ki, baş nazir Məhəmməd Qazi əl-Cəlalinin rəhbərlik etdiyi hökumət keçid dövründə Suriyanın xeyrinə olacaq: “Əl-Cəlali hökuməti keçid dövründə bizə fayda verəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью