Suriya Homsda müdafiə xəttini gücləndirib

06.12.2024

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Suriya Silahlı Qüvvələrinin Homs əyalətində yerləşdirilən bölmələri müdafiə xəttini gücləndirib və silahlı qruplaşmaların yaraqlılarının istənilən hücumunu dəf etməyə hazırdır".

Redaktor.az xəbər verir ki, bu barədə Ərəb Respublikası Müdafiə Nazirliyi "Facebook" sosial şəbəkə hesabında yazıb.

“Biz təsdiq edirik ki, Suriya ordusunun Homs şəhəri və əyalətində müdafiə xətti möhkəmləndirilib. Oraya əlavə qoşunlar yerləşdirilib. Ordu müxtəlif növ silah və hərbi texnika ilə təchiz edilib. Silahlı qüvvələr istənilən terror hücumunu dəf etməyə hazırdır”, - deyə mətndə qeyd olunub. 

Türkan İSGƏNDƏRLİ

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью