Suriya İslam Əməkdaşlıq Təşkilatına qayıtdı

08.03.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri Suriyanın təşkilata qaytarılmasını dəstəkləyiblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
“Türkiyənin təşəbbüsü ilə Suriyanın İƏT üzvlüyünün bərpası məsələsi 2025-ci il martın 7-də Ciddədə xarici işlər naziri Hakan Fidanın iştirak etdiyi İƏT Xarici İşlər Nazirlərinin fövqəladə toplantısının gündəliyinə daxil edilib. İclasda hazırlanmasında Türkiyənin də iştirak etdiyi qətnamə layihəsi qəbul edilib və Suriyanın İƏT-ə üzvlüyü yenilənib”, - Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qətnamə layihəsinin qəbulundan sonra Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən əl-Şibani təşkilatın şurasında öz yerini tutmaq üçün rəsmi dəvət olunub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью