Suriya İsraillə razılığa gəlmək istəyir KONKRET

04.07.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Suriya İsraillə 1974-cü il razılaşmasına qayıtmağa hazırdır.

KONKRET.az xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani deyib.

O, ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Suriyanın Vaşinqtonla bu mövzuda əməkdaşlıq etmək istədiyini bildirib.

Qeyd edək ki, İsrail və Suriya arasında 1974-cü ildə imzalanan müqavilə hər iki ölkə ordularının toqquşmadan yayınmasını nəzərdə tuturdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью