Suriya İsraillə saziş imzalayacaqmı? Rəsmi açıqlama

23.08.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Suriyanın Xarici İşlər Nazirliyi İsraillə təhlükəsizlik sazişi imzalamaq planları ilə bağlı məlumatları təkzib edib.

Axar.az xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb .

Xarici İşlər Nazirliyinin kanalın sorğusuna cavab olaraq verdiyi açıqlamaya görə, departament iki tərəf arasında hər hansı təhlükəsizlik sazişinin imzalanması ilə bağlı yayılan xəbərləri təkzib edir.

Qeyd edək ki, daha öncə yayılan məlumatda Suriya və İsrailin sentyabrın 25-də ABŞ-ın himayəsi altında təhlükəsizlik sazişi imzalayacağı xəbəri yayılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью