Suriya keçid hökumətinin başçısı çağırış etdi “Geri qayıdın!”

11.12.2024

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyada “Baas” rejiminin devrilməsindən sonra qurulan müvəqqəti hökümətin Baş naziri Məhəmməd əl-Bəşir xaricdəki həmyerlilərinə çağırış edib.

“Qafqazinfo” xəbər verir ki, Məhəmməd əl-Bəşir bu haqda İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verib.

O bəyan edib ki, müvəqqəti hökumətin qarşısındakı birinci məqsəd Suriyanın bütün şəhərlərində təhlükəsizlik və sabitliyin təmin edilməsi, növbəti isə milyonlarla vətəndaşın geri qayıtmasını təmin etməkdir:

“Xaricdəki bütün suriyalılara səslənirəm: Suriya indi öz qürurunu və şərəfini qazanmış azad bir ölkədir. Geri qayıdın! Suriyanı təzədən qurmalı, yenidən doğulmalıyıq, köməyinizə ehtiyacımız var”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью