Icma.az bildirir, Reyting.az portalına istinadən.
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün yanvarın 28-də Moskvaya gəlməyi planlaşdırır.
Reyting.az xəbər verir ki, bu barədə Suriya televiziyası məlumat yayıb.
Qeyd edək ki, Suriya lideri Rusiyaya sonuncu dəfə 2025-ci il oktyabrın ortalarında səfər edib və Putinlə görüşüb. Həmin səfərdən sonra o, Dəməşqin Moskva ilə münasibətləri bərpa etmək niyyətində olduğunu açıqlayıb. Əl-Şaraa, həmçinin Suriyanın BMT Təhlükəsizlik Şurasında Rusiyanın səsinə ehtiyacı olduğunu deyib.
E. KAMAL