Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əhməd əl-Şaraa
Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa qarşı sui-qəsd planı ilə bağlı məlumatlar əsassızdır.
Reyting.az xəbər verir ki, bunu Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba deyib.
Əl-Baba “Telegram” hesabında bildirib ki, Əhməd əl-Şaraa və bəzi yüksək vəzifəli məmurlara qarşı “təhlükəsizlik hadisəsinin baş verməsi” ilə bağlı iddiaların heç bir əsası yoxdur.
İddiaların “tamamilə və qəti şəkildə yalan” olduğunu bildirən Əl-Baba vətəndaşları və bütün media qurumlarını həqiqət və məsuliyyət prinsiplərinə riayət etməyə və xəbərləri yalnız rəsmi və etibarlı mənbələrdən almağa çağırıb.
V. QULİYEV