Suriya Livana müdaxilə edə bilərmi?

14.06.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Suriyanın Livana müdaxiləsi ilə bağlı hələ də müxtəlif şayiələr gəzir. Lakin bunlar doğru deyil.

Axar.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd-əş Şara qeyd edib.

“Biz həmişə müharibənin dayandırılmasını, dövlət qurumlarının gücləndirilməsini, iqtisadi inteqrasiyanın artırılmasını və Livandakı vəziyyətin mümkün qədər sabitləşməsini müdafiə etmişik”, - deyə o bildirib.

İki ölkə arasında keçmişdən gələn problemlərin olduğunu qeyd edən Şara Livanın Suriyanın müdaxilələri ilə bağlı mənfi xatirələrə sahib olduğunu, Suriyanın isə Hizbullahın ölkədəki fəaliyyətindən qaynaqlanan narahatlıqları olduğunu deyib.

Şara sərhədlərin müəyyənləşdirilməsi prosesinin yeni mübahisələrə səbəb olmamalı olduğunu vurğulayaraq söyləyib ki, hazırkı dövrdə prioritet Livanın sabitliyinə töhfə verəcək iqtisadi əməkdaşlıq və inkişaf layihələri olmalıdır.

Suriya lideri bu səbəblə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların hələlik təxirə salındığını əlavə edib. Onun fikrincə, Şebaa Fermaları məsələsi başda olmaqla, sərhəd məsələləri üzrə həllini gözləyən çoxsaylı texniki və siyasi problemlərin mövcuddur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью