Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bununla belə, Suriya ordusunun Yəməndəki hərbi əməliyyatlarda birbaşa iştirakı ehtimalı aşağı qiymətləndirilir. Təhlilçilərin qənaətinə görə, Suriya rəhbərliyinin yeni hərbi cəbhə açmaq niyyətində olması inandırıcı deyil. Uzun illər davam edən müharibə Suriya ordusunu xeyli zəiflədib və tükəndirib, ölkə daxilində isə təhlükəsizlik və sabitlik baxımından həssas vəziyyət hələ də qalır.
Bu səbəbdən alyans çərçivəsində məhdud və dolayı iştirak ən real ssenari hesab olunur. İnstitutun proqnozuna əsasən, bu iştirak hərbi müşavirlərin göndərilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi, logistik dəstəyin göstərilməsi kimi istiqamətləri əhatə edə bilər. Səudiyyə Ərəbistanı ərazisində sərhəd xəttinin Səudiyyə tərəfində xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsi də mümkündür.
Məkkə sazişinə qoşulmaq Suriyanı Tehran və husilərin potensial hədəfinə çevirə bilər. Analitik hesabatda vurğulanır ki, İran Suriya ərazisində öz nəzarətindəki silahlı qruplaşmaların fəallığını artırmaq imkanına malikdir. Husilər isə cavab tədbiri kimi ölkənin hərbi obyektlərinə və limanlarına zərbələr endirə bilərlər.
Məqalədə diqqət çəkən mühüm məqamlardan biri də Ər-Riyadın husilərlə qarşıdurmanın xərclərinin bir hissəsini Dəməşqin üzərinə yönəltmək niyyətidir.
Dəməşq üçün əsas təhlükə qoşunların Yəmənə göndərilməsi deyil, Suriyanın özünün Məkkə sazişinin tərəfləri ilə İran arasında toqquşma meydanına çevrilməsidir. Nəticə etibarilə, birbaşa hərbi müdaxilə olmasa belə, alyansa üzvlük yeni Suriya rəhbərliyinə baha başa gələ bilər.
Tariyel Həsənov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bu səbəbdən alyans çərçivəsində məhdud və dolayı iştirak ən real ssenari hesab olunur. İnstitutun proqnozuna əsasən, bu iştirak hərbi müşavirlərin göndərilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi, logistik dəstəyin göstərilməsi kimi istiqamətləri əhatə edə bilər. Səudiyyə Ərəbistanı ərazisində sərhəd xəttinin Səudiyyə tərəfində xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsi də mümkündür.