Suriya məktəblərində mühüm DƏYİŞİLİK

02.01.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Suriya Təhsil Nazirliyi orta məktəb proqramlarında bəzi dəyişikliklər elan edib.

Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki, orta məktəb proqramından Əsəd ailəsinə ünvanlanan hər hansı təriflər, eləcə də küfr (iman inkarı) ifadələri silinəcək.

“Vətən naminə” ifadəsi “Allah naminə” ifadəsi ilə əvəz olunacaq, milli ideologiyaya dair dərslər İslamın öyrənilməsi ilə bağlı dərslərlə əvəzlənəcək.

Eyni zamanda məktəb proqramlarından Osmanlı dövrünə dair mənfi ifadələr çıxarılacaq.

Həmçinin əkamül nəzəriyyəsi artıq tədris olunmayacaq, şiə şairlərinin şeirləri və panərəbizmi, eləcə də Əsəd ailəsini tərənnüm edən əsərlər proqramdan çıxarılacaq.

Şəbnəm 

Gununsesi.info  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью