Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Mərkəzi Bankın rəhbəri Əbdülqadir Xusriyə məlumat verib.
“Bütün beynəlxalq müxbir banklarımıza salam mesajı göndərdik. İlk olaraq Federal Ehtiyat Bankına müraciət etdik. Onlara bildiririk ki… beynəlxalq maliyyə sisteminə qayıtmışıq və uzunmüddətli əməkdaşlığa ümid edirik”, – deyə Xusriyə qeyd edib.
Dəməşq Qərb maliyyə kanallarına çıxışı bərpa etməyə çalışır, çünki ölkəyə həm beynəlxalq pul köçürmələri, həm də müharibədən dağılan iqtisadiyyatı dirçəltmək üçün böyük maliyyə vəsaitləri lazımdır. "SWIFT" sistemindən tam istifadə imkanının bərpası isə gələcək iqtisadi bərpa proqramının əsas elementlərindən biri kimi qiymətləndirilir.
Qadir, Bizimyol.info