Suriya Milli Ordusu Mənbici PKK/YPGnin işğalından qurtardı AzPolitika onlayn siyasiictimai qəzet

08.12.2024

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriya Milli Ordusu (Azad Suriya Ordusu) Hələb mühafəzəsində PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Telekanlın məlumatına görə, Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad etdiyini açıqlayıb.

Bir qədər əvvəl isə SMO Mənbicin şəhər mərkəzinə daxl olub. 

Məlumata görə, SMO Mənbicin 80 %-ni nəzarətə alınıb.

“Mənbicdə PKK/YPG-nin nəzarətindən alınması üçün həm havadan, həm də qurudan müdaxilələr davam etdirilir. Bütün bölgə təşkilat ünsürlərindən təmizlənir”, – telekanal vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью