525.az saytına istinadən Icma.az xəbər verir.
Suriya Mərkəzi Bankı milli valyutanın modernləşdirilməsi üçün şəkil və simvolsuz altı yeni əskinas seriyası buraxacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Əbdülkadir Husariyye deyib.
O, verdiyi açıqlamada yeni pul əskinaslarının kiçik, orta və iri ölçülərdə olacağını bildirib. Husariyye milli valyutanın müasirləşdirilməsi məqsədilə 6 ədəd şəkil və simvolsuz yeni əskinas seriyası buraxılacağını qeyd edib.
“Yeni əskinaslar təsdiqlənməyi asanlaşdırmaq üçün hazırlanıb və beynəlxalq standartlara uyğundur”, - Mərkəzi Bankın sədri deyib.
Məhəmməd Tağıyev