Suriya münaqişəsinə dair sammit 2025ci ildə Rusiyada keçiriləcək

14.11.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriya münaqişəsinin həlli üzrə Astana formatında sammit 2025-ci ildə Rusiyada keçiriləcək.

APA xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya prezidentinin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

“2025-ci ildə biz bu görüşün tam hüquqlu olaraq Rusiya ərazisində keçiriləcəyinə ümid edə bilərik”, - deyə o bildirib.

Lavrentiyev həmçinin qeyd edib ki, Tehranda keçirilən sonuncu analoji sammitdən artıq iki il keçib. Hazırda tərəflər 2025-ci ilin birinci yarısında görüşün keçirilməsi və bu sammiti Suriya böhranı üçün həqiqətən konkret təkliflər, təşəbbüslər və fəaliyyətlərlə zənginləşdirilməsi imkanlarını nəzərdən keçirirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью