Suriya müxalifəti dekabrın 8ni milli bayram elan edib

08.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Suriyanın Müxalifət və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası Dəməşqin silahlı qüvvələr tərəfindən tutulması günü olan 8 dekabrı ölkənin milli bayramı elan edib.

APA xəbər verir ki, bu haqda koalisiyanın yaydığı bəyanatda bildirilir.

“Suriya Milli Koalisiyası dekabrın 8-ni şəhidlərin və qurbanların qələbəsi günü, həbs olunanların, köçkünlərin və məzlumların qələbəsi günü, haqq və ədalətin cinayət üzərində qələbəsi günü olduğu üçün Suriyada milli bayram elan edir.”, - deyə koalisiyanın bəyanatında deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью