Suriya müxalifəti Dəməşqi tutdu

08.12.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Suriyada müxalifət qüvvələri paytaxt Dəməşqi ələ keçiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" və "Reuters" məlumat yayıb.

Məlumata görə, Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.

Bildirilir ki, Suriya Prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью