Suriya müxalifəti Deyr əzZor şəhəri üzərində nəzarəti ƏLƏ KEÇİRDİ

11.12.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müxalifət qüvvələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərini nəzarətə götürüb.

Publika.az xəbər verir ki, bu barədə Suriyanın “Al Watan” qəzeti silahlı birləşmələrin rəhbərliyin' istinadla məlumat yayıb.

"Ali Komandanlıq: qüvvələrimiz Deyr əz-Zor şəhərinə tam nəzarəti ələ keçirib", - qəzet yazır.

Dekabrın 10-da “Al Mayadeen” telekanalı yerli ərəb silahlı birləşmələrinin bölmələrindən biri olan Deyr əz-Zor Hərbi Şurasının komandanlığının əsasən kürdlərdən ibarət amerikapərəst Suriya Demokratik Qüvvələrinə tabe olmaqdan imtina etdiyini bildirib.

Hüseyn İbadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью