Suriya müxalifəti Deyr əzZor şəhərinə tam nəzarəti ələ keçirib

11.12.2024

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriyadakı silahlı müxalifət ölkənin şimal-şərqində yerləşən Deyr əz-Zor şəhərini, o cümlədən onun ətrafında yerləşən Suriya Hərbi Hava Qüvvələrinin aerodromunu tamamilə nəzarətə götürüb.

Bu barədə müxalif qüvvələrin Hərbi Əməliyyatlar İdarəsi “Telegram” kanalında məlumat yayıb.

“Deyr əz-Zorun şərq və qərb ətrafının azad edilməsindən və rejim qüvvələrinin və İran silahlılarının oradan qaçmasından sonra biz Deyr əz-Zor şəhərinin və onun aerodromunun tamamilə azad edildiyini elan edirik”, - deyə məlumatda bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью